Bakı 7˚C Sunny

Helikopter qəzasında şəhid olan hərbçilər son mənzilə yola salınır - Canlı reportaj (YENİLƏNİR)

Cəmiyyət 15:40 01 dek, 2021

Dünən baş vermiş faciəvi helikopter qəzasında şəhid olan 14 hərbçi bu gün son mənzilə yola salınır

Helikopter qəzasında şəhid olan hərbçilər son mənzilə yola salınır - <span style="color:red">Canlı reportaj (YENİLƏNİR)</span>

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticədə həlak olan 14 hərbi qulluqçu ilə vida mərasimi başlayıb.

Qazet.az xəbər verir ki, şəhidlər İkinci Fəxri Xiyabanda dəfn ediləcək.

Dəfn mərasimində iştirak etmək üçün şəhidlərin yaxınları İkinci Fəxri Xiyabanda toplaşıb. Qazet.az hərbçilərin ailə üzvləri və dostlarından müsahibə alıb.

Mayor Emil Mayılovun xalası qızı itkinin böyüklüyündən danışıb.

“O bizə xala oğlu deyildi, qardaş idi”, deyə şəhidin qohumu söyləyib.

Helikopterin şəxsi heyətinə daxil olan leytenant Abdulla Süleymanovun yaxınları onun yeni zabit olduğunu qeyd edib.

“3-4 gün bundan əvvəl bir yerdə idik. Deyib gülürdük. Deyirdi ki, təlimə gedirik. Qismət isə belə oldu. Hər adama şəhidlik nəsib olmur”, deyə şəhidin yaxını bildirib.

Tibb kapitanı Ceyhun Əhmədxanovun qonşusu uşaqlıq dostunu son mənzilə yola salmaq üçün dəfn mərasiminə qatılıb.

“Həqiqətən də çox acıdır. 14 nəfərin eyni zamanda dünyasını dəyişməsi çox ağır itkidir. Həm yaxın qonşusu olaraq Ceyhun kimi qardaşı itirməyə çox təəssüf edirəm. Həqiqətən də vətən üçün layiqli övlad idi. İkinci Qarabağ müharibəsində də iştirak edib. Şücaətinə görə medallarla təltif edilmişdi. Ən xoş sözlərə layiqdir. Allah valideynlərinə səbr versin", deyə şəhidin dostu söyləyib.