Bakı 13˚C Sunny

HƏMAS İsrailə qarşı savaş çağırışı etdi

Gündəm 18:50 26 sen, 2021

HƏMAS qruplaşması  İsrail ordusuna qarşı mübarizə çağırışı edib

HƏMAS İsrailə qarşı savaş çağırışı etdi

HƏMAS qruplaşması İordan çayının Qərb sahilində İsrail ordusuna qarşı mübarizə çağırışı edib.

Qazet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Fauzi Barhum deyib.

“Qərb sahilində əlinə silah götürə bilən hər kəs onu düşmən İsrail əsgərinə tuşlamalıdır”, - Barhum bildirib.

Qeyd edək ki, bu gün İsrail təhlükəsizlik qüvvələri Qərb sahilində HƏMAS-a qarşı əməliyyat keçirib. Məlumata görə, əməliyyat nəticəsində 5 fələstinli öldürülüb.