Bakı 21˚C Sunny

Hər meyvə bənzədiyi orqanın dərmanıdır - 9 faydalı qida / SİYAHI

Maraqlı 13:38 01 mar, 2022

Bu qidalar  oxşadıqları orqan üçün çox faydalıdır

Hər meyvə bənzədiyi orqanın dərmanıdır <span style="color:red">- 9 faydalı qida / SİYAHI</span>

1.İnsan beyni qoz ləpəsinə bənzəyir. 

Qozun tərkibində sağlam yağlar, liflər, vitaminlər və minerallar var.
Qazet.az xəbər verir ki, gümüş ionuna ehtiyac duyan tək orqanımız beynimizdir.  

Onun bu ehtiyacını təkcə qoz ləpəsi ödəyə bilir. Beynimizin sağlamlığını qorumaq üçün gündə 2-3 ədəd qoz yemək lazımdır.
  

2.Avokado yarıya bölündükdə ana bətninə bənzəyir

Uşaqlıq boynu xərçənginin qarşısını alır və hormonları tənzimləyir. 

 

3.Ürəyimizin daxili quruluşu pomidora bənzəyir. 

Tərkibindəki likopen sayəsində pomidor ürəyimiz üçün antioksidant deposudur. 

Pomidorun saysız-hesabsız faydaları həm də diabet, dəri problemləri və sidik yolları infeksiyalarından xilas olmaq, həmçinin həzmi yaxşılaşdırmaq, qan dövranını stimullaşdırmaq, xolesterin səviyyəsini azaltmaq, maye balansını artırmaq, böyrəkləri qorumaq, orqanizmi toksinlərdən təmizləmək, erkən qocalmanın qarşısını almaq və iltihabı azaltmaqdır.

 

4.Böyrəklərimiz lobyaya bənzəyir. 

Tərkibindəki protein, maqnezium və kalium böyrəklərin düzgün işləməsinə kömək edir. 

Lobya böyrəklər üçün çox faydalı qidadır.Əgər böyrəyinizdə qum və daş xəstəliyi varsa lobya istehlak edərək onu tökməyə kömək edə bilərsiniz.

 

5.Ağciyərlərimiz üzümə bənzəyir. 

Bronxiolların sonunda üzüm salxımlarına bənzəyən alveola adlanan hava kisələri var. Ağciyərlərin funksional bölmələri olan alveolalar kiçik, hava ilə dolu kisəciklərdir. Hər ağciyərdə 300 milyondan çox alveol var. Alveollar kapilyar qan damarları ilə əhatə olunmuşdur.Görünüşü üzüm salxımını xatırladır.

Siqaret çəkən insanlar üzüm yeməyə üstünlük verməlidir.

 

6.Gözümüz  yerkökünə bənzəyir.  
Kaliforniya Universitetində aparılan bir araşdırmaya görə, həftədə 2 və ya daha çox yerkökü istehlak edən qadınların göz təzyiqi (qlaukoma) kökü az yeyən və ya heç yeməyənlərə nisbətən daha az olur.

Tərkibindəki A və E vitamini, həmçinin, beta-karotin və lutein sayəsində yerkökü gözlərə müsbət təsir edir.

 

7.Zəncəfil və 8.banan mədəyə bənzəyir. 
Zəncəfilin ən təsirli faydaları ürək bulantısını aradan qaldırmaq, yol və dəniz tutmalarının qarşısını almaq, həzm problemlərinə qarşı faydalı olmasıdır. Tibb inkişaf etmədiyi zamanlarda belə insanlar mədə xəstəliklərinə qarşı, xüsusən də qusma zamanı zəncəfil istehlak edirdilər.


Banan yüksək miqdarda lif ehtiva etdiyi üçün həzm pozğunluqlarını tənzimləyir.Ürək yanmasını azaltdığı üçün qastrit,reflüks kimi xəstəlikləri olan insanlar tərəfindən istehlak edilməsi tövsiyə olunur. 

 

9.Sümüyə bənzər kərəviz.  

Kərəvizin tərkibindəki silisum maddəsi sümüklərə güc verir. Kərəviz sodiumla da zəngindir və sümük sisteminə böyük dəstəkdir.

Təbii antioksidant olan kərəvizi bol-bol istehlak etməliyik.