Bu barədə Dünya Bankının nümayəndə heyəti ilə görüşdə məlumat verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə əhalinin həssas qruplarından olan şəxslər aktivlərlə təmin olunaraq onlar üçün kiçik bizneslər yaradılır.
Qazet.az xəbər verir ki, bu barədə Dünya Bankının nümayəndə heyəti ilə görüşdə məlumat verilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev layihənin ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarına sahib olmalarına dəstək məqsədi daşıdığını bildirib.
Qeyd olunub ki, layihə 22 min işsiz şəxsi əhatə edəcək və onların kiçik biznesə çıxışına imkan yaradacaq. Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur və qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslərə istehsal-xidmət sahəsi üzrə avadanlıqlar verilir.
Artıq 3 550 nəfər biznes planlarını müdafiə edib və həmin şəxslərin aktivlərlə təminatı prosesinə artıq başlanıb. Qarşıdakı dövrdə də davam edəcək.
Layihəyə cəlb olunanların mühüm bir qismi də müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, eləcə də aztəminatlı ailələrin üzvləridir.
Görüşdə Dünya Bankının ölkə meneceri Sara Maykl, sosial müdafiə məsələləri üzrə baş mütəxəssisi Mirey Ovadiya, baş iqtisadçısı Sirma Demir Şeker və digərlərinin fikirləri dinlənilib, “Məşğulluğa Dəstək Layihəsi”nin icrası üzrə aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub.



Keçmiş Prezidentin evində axtarış aparıldı
Suçiçəyinə yoluxan şəxslər meymunçiçəyinə yoluxa bilərlər? - AÇIQLAMA
Davos İqtisadi Forumu davam edir
Kral ailəsi ukraynalı qaçqınlara belə yardım edir
Vüqar Bayramov: "Zəngəzur dəhlizi tezliklə reallaşacaq"
Azərbaycanda bu şəxslər pulsuz xidmətlərdən yararlana bilər - RƏSMİ
İraqda güclü qum fırtınası baş verdi
Ukrayna Baş Qərargahı cəbhədəki son durumu açıqladı
Çavuşoğlu 15 ildən sonra İsrailə səfər edəcək
Avtoxuliqanlıq edən qazilər saxlanıldı - FOTOLAR
Fikriniz
- Rəy yazın
- Rəylər
- Keçmiş Prezidentin evində axtarış aparıldı
Prezident rüşvət almaqda ittiham olunur
Dünya09:55 24.05.2022 - Suçiçəyinə yoluxan şəxslər meymunçiçəyinə yoluxa bilərlər? - AÇIQLAMA
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib
Səhiyyə / sağlamlıq09:52 24.05.2022 - Davos İqtisadi Forumu davam edir
“Tarixdə dönüş nöqtəsi: Dövlət siyasəti və biznes strategiyaları”dır
Biznes09:45 24.05.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Cəmiyyət
Hamısına bax