Bakı 14˚C Sunny

“Həyatımın komandası” - Şevçenko Ukrayna millisi haqda

İdman 18:38 15 noy, 2021

Andrey Şevçenko yığmanın hazırkı durumu barədə danışıb

“Həyatımın komandası” - <span style="color:red">Şevçenko Ukrayna millisi haqda</span>

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko yığmanın hazırkı durumu barədə danışıb. 

Qazet.az xəbər verir ki, hazırda “Cenoa”nı çalışdıran 45 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında Ukrayna millisində işləməyin onun karyerasında xüsusi olduğunu bildirib və komandaya gələcək matçlarında uğurlar arzulayıb: 

“Ukrayna millisi mənim həyatımın komandasıdır. Komanda hazırdır. Bolqarıstanla oyuna baxmamışam, amma bütün rəyləri görmüşəm. Futbolçular həm psixoloji, həm də fiziki cəhətdən mübarizəyə hazırdır. Baş məşqçiyə və bütün heyətə uğurlar arzulayıram. Onlara hər zaman dəstəkləyəcəyəm və həmişə yanlarında olacağam”. 

Qeyd edək ki, Şevçenko 2016-2021-ci illərdə yığmaya baş məşqçilik edib.

Mənbə