Bakı 17˚C Mostly sunny

Hikmət Hacıyev səfirlə nar yığdı – FOTO

Gündəm 21:20 16 okt, 2021

Bu gün diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşana səfəri təşkil olunub

Hikmət Hacıyev səfirlə nar yığdı – FOTO

Xəbər verdiyimiz kimi, bu gün diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşana səfəri təşkil olunub.

Qazet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi iə baş tutan səfərdə diplomatlar Suqovuşan və Talış kəndlərinə gediblər.

Türkiyənin Azərvaycandakı səfiri Cahit Bağcı da səfərə gedən diplomatlar arasındadır.

O, Tvitter hesabında səfərdən fotolar paylaşıb.

“Cənab Hikmət Hacıyevlə nar yığdıq”, – o şəkillərdən birinə şərh yazıb.