Bakı 26˚C Sunny

Hikmət Hacıyevdən UNESCO-ya ÇAĞIRIŞ

Siyasət 14:14 02 dek, 2021

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın əraziləri işğal altında olarkən həmin yerlərdəki mədəni irslər dağıdılıb

Hikmət Hacıyevdən UNESCO-ya <span style="color:red">ÇAĞIRIŞ</span>

“Azərbaycanın strategiyası budur ki, regionda sülh olsun. Azərbaycan Prezidenti tələb edir ki, ölkələrin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı şəkildə tanınsın”. 

Qazet.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda deyib.

O bildirib ki, hazırda dayanıqlı sülhün bərqərar olması əhəmiyyətlidir.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın əraziləri işğal altında olarkən həmin yerlərdəki mədəni irslər dağıdılıb.

“Biz UNESCO-nu dəvət edirik ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı həyata keçirilmiş addımları görsünlər”, - deyə Hikmət Hacıyev əlavə edib.

Hikmət Hacıyev bildirib ki, Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin bərqərar olması vacibdir.

Mənbə