Bakı 13˚C Cloudy

Hilal Baydarovun filmi Türkiyədə mükafata layiq görüldü

Maraqlı 15:15 27 iyn, 2022

Yarıma TRT tərəfindən keçirilib

Hilal Baydarovun filmi Türkiyədə mükafata layiq görüldü

Hilal Baydarovun "Balıqlara xütbә" filmi TRT tәrәfindәn keçirilәn "12 punto" yarışmasında qaliblәrdәn biri oldu. Film "Beynәlxalq ortaq istehsal" mükafatına layiq görülüb.

Qazet.az xəbər verir ki, bu yarışmada hәm Türkiyә daxilindәn, hәm dә beynәlxalq film layihәlәri, ssenarilәri qәbul edilib. Fәrqlәnәn filmlәrә müxtәlif mükafatlar verilib. Ötәn il Elçin Musaoğlunun "Mәryәm" filmi dә bu yarışmada mükafat qazanmışdı.
 

Qeyd edək ki, o, kino dərslərini macar rejissor Bela Tarrdan alıb. Onun debüt filmi 2018-ci ildə yayımlanan "Adsız yüksəkliklər"dir. Filmin premyerası Monreal film festivalında olub. Eyni ildə, Hilal Baydarov Sarayevo film festivalında "Ad günü" filmi ilə iştirak edib və Docu Talent mükafatını qazanıb.

2020-ci ildə Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi Venesiya beynəlxalq film festivalının "Qızıl Şir" mükafatına iddialı olmuşdur.