38 nəfərin eyni anda burada olması üçün heç bir səbəb yoxdur
1942-ci ildə hindistanlı tədqiqatçı Himalay dağlarının dərinliklərində sirli bir kəşf edib. İllər keçsə də, sirri açılmayan yüzlərlə sümüyün arxasındakı ehtimallar isə eşidənləri heyrətə gətirir.
İkinci Dünya müharibəsi zamanı Himalay dağlarının dərinliklərində ucqar bir vadidə Hari Kişan Madhval adlı hindli tədqiqatçı dəhşətli bir kəşf edib. Madhval Himalay dağlarında 4800 metr yüksəklikdə yerləşən Roopkund gölündə insan skeletlərinə rast gəlib. Gölün içində yüzlərlə sümük parçasının aşkar olunmasından sonra tədqiqatçılar oradakı sümüklər haqqında fərziyyələr irəli sürüblər.
Səlahiyyətlilər əvvəlcə Roopkund gölündə tapılan sümüklərin bir vaxtlar Britaniyanın nəzarətində olan Hindistan ərazisinə sızmağa çalışan bir qrup yapon əsgərinə aid ola biləcəyini düşünüblər. Lakin araşdırmalar nəticəsində məlum olub ki, sümüklərin yaşı yapon işğalçılarına aid ola bilməyəcək qədər çoxdur.
O vaxtdan bəri tapılan sümüklərlə bağlı bir çox fərziyyələr irəli sürülüb. Lakin burada ən maraqlı məqamlardan biri də odur ki, tədqiqatçılar bütün fərziyyələrlə yanaşı, tapılan sümükləri yerli xalqa məlum olan bir əfsanəyə də bağlayıblar. Əfsanəyə görə, buradakı sümüklər Himalay dağlarında hindu məbədinə səyahət edən və “hörmətsiz” kimi səciyyələndirilən bir qrup insana aid ola bilər. Yerli sakinlərin fikrincə, buraya gələn bidətçilər Nanda Devi dağının ilahəsi tərəfindən cəzalandırıla bilərdilər.
Tədqiqatçılar buradakı sümükləri araşdırarkən bir qrup sağlam kişi, qadın və uşaq sümükləri aşkar ediblər. Yəni bu halda sümüklərin illər əvvəl bu bölgədə baş vermiş epidemiya ilə bağlı olması variantı da məqbul deyildi.
İllər boyu davam edən tədqiqatlar nəticəsində buradakı sümüklərin 9-cu əsrdə vəfat etmiş Cənubi Asiya mənşəli zəvvarlara məxsus olduğu qənaətinə gəlinib. Lakin DNT analizi nəticəsində sümüklərin üç fərqli bölgədən olan insanlara aid olduğu müəyyən edilib. Bunlardan 23-ü Hindistan, biri Asiya və 14-ü isə təəccüblü şəkildə Şərqi Aralıq dənizi mənşəli olub.
Bütün araşdırmalara görə, 38 nəfərin eyni anda burada olması üçün heç bir səbəb yoxdur. Ehtimal ki, buradakı skeletlərin çoxu müxtəlif vaxtlarda Himalay dağına gedən insanlara aiddir.
Xülasə, Roopkund gölünü birdən çox millətdən olan insanların məzar yerinə çevrilmiş ərazi də adlandırmaq olar. Onların Roopkund gölündəki skeletlərinin necə ortaya çıxması ilə bağlı isə heç bir məlumat yoxdur. Təxminlərdən biri kimi, yaz fəslinin gəlməsi ilə donmuş gölün əridiyi və nəticədə sümüklərin üzə çıxdığı güman edilir.

İraqda güclü qum fırtınası baş verdi
Ukrayna Baş Qərargahı cəbhədəki son durumu açıqladı
Çavuşoğlu 15 ildən sonra İsrailə səfər edəcək
Avtoxuliqanlıq edən qazilər saxlanıldı - FOTOLAR
Azərbaycanda axşam vaxtı DƏHŞƏT: Ölən var
Məşhur cütlüyün övladı olacaq - FOTO
Məşhur aktyor restorandakı qonaqları qovmağı tələb etdi
Neft ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.05.2022)
SON DƏQİQƏ: İstanbulda güllələnən azərbaycanlı aktyor VƏFAT ETDİ - FOTO - VİDEO - YENİLƏNDİ
Fikriniz
- Rəy yazın
- Rəylər
- İraqda güclü qum fırtınası baş verdi
Boğulma şikayətləri artıb
Dünya09:38 24.05.2022 - Ukrayna Baş Qərargahı cəbhədəki son durumu açıqladı
Belarus ərazisindən təhlükə daha da artıb
Dünya09:35 24.05.2022 - Çavuşoğlu 15 ildən sonra İsrailə səfər edəcək
Eyni zamanda həmin gün İsrailə gedəcək və orada xarici işlər naziri Yair Lapid ilə görüşəcək
Azərbaycan09:31 24.05.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Maraqlı
Hamısına bax- Məşhur aktyor restorandakı qonaqları qovmağı tələb etdi
O, ofisiantdan həmin şəxslərin restorandan qovulmasını istəyib
Maraqlı09:20 24.05.2022 - Festivalın üçüncü günü Tanini Trio və Güvenç Dağüstünün konserti ilə başa çatdı - FOTO
Türk sənətçilərinin musiqisi xalq musiqisi, populyar mahnılar və müasir alternativ musiqi janrlarının maraqlı qarışığıdır
Mədəniyyət09:10 24.05.2022