Hindistan Çabhar limanının istismarına başlayıb
Dünya10:5626 noyabr, 2021

Hələ 2015-ci ildə hind hökuməti Çabhar limanının inkişafı və Hindistanı Əfqanıstanla birləşdirəcək dəmir yolunun inşası üçün İranla razılıq əldə etdi.

Hindistan Çabhar limanının istismarına başlayıb
Bizi-da oxuyun

Hindistan hökuməti Çabhar limanını istismar etmək niyyətində olduğunu bildirib.

Qazet.az xəbər verir ki, Hindistanın xarici işlər naziri Subramaniam Cayşankar dünən Şanxay Əməkdaşlıq Təşkilatı başçılarının iclasında Çabhar limanının istismarı üçün Yeni Dehlinin addımları barədə danışıb.

“Hindistan İranda Çabhar limanının istismarı üçün addımlar atmışdır ki, Mərkəzi Asiya ölkələrinin dənizə təhlükəsiz çıxışını və biznes imkanlarını təmin etsin” deyə xarici işlər nazirliyinin bəyanatında vurğulanıb.

Subramaniam Cayşankar bildirib ki, “Biz həmçinin Çabhar limanının Şimal-Cənub Beynəlxalq Ticarət Dəhlizinə qoşulmasını da təklif etmişik”.

Fikriniz