Bakı 16˚C Partly sunny

Hiss dünyanın ən böyük musiqi şirkətlərindən biri ilə müqavilə imzaladı

Maraqlı 18:24 03 dek, 2021

Hiss Warner Music Group ilə müqavilə imzalayıb

Hiss dünyanın ən böyük musiqi şirkətlərindən biri ilə müqavilə imzaladı

Məşhur azərbaycanlı müğənni Hiss dünyanın ən böyük musiqi şirkətlərindən olan Warner Music Group-un (WMG) diqqətini cəlb edib.

Qazet.az 1news-a istinadən xəbər verir ki, bu barədə müğənninin meneceri Vüqar Husiyev söyləyib.

“WMG Universal Music Group, Sony Music Entertainment, Avrupa Müzik kimi bizimlə əlaqə saxladı. Ancaq hər kəsi araşdırmaq qərarına gəldim və sonda Warner Music Group ilə işləyəcəyimizə qərar verdim, çünki onlar gənc sənətçilərin inkişafına böyük töhfələr verirlər", deyə menecer bildirib.

Hiss ilə WMG arasında müqavilə İstanbulda Türkiyə regional ofisində baş tutub.