Bakı 16˚C Mostly sunny

“Hörümçək adam” pandemiya dönəmində 1 milyard dollar gəlir əldə edən ilk film oldu - FOTO

Maraqlı 11:58 28 dek, 2021

Bundan əvvəl bu nailiyyət “Ulduz müharibələri: Gücün oyanması”na məxsus idi

“Hörümçək adam” pandemiya dönəmində 1 milyard dollar gəlir əldə edən ilk film oldu - FOTO

Piter Parkerin sərgüzəştlərindən bəhs edən filmin üçüncü hissəsi “Hörümçək-adam: Evə yol yoxdur” (“Spider-Man: No Way Home”) relizdən 12 gün sonra 1 milyard dollar (1,7 milyard manat) gəlir əldə edib.

Qazet.az xəbər verir ki, baş rolda Tom Hollandın oynadığı film, koronavirus pandemiyasının başlanğıcından bəri milyard dollarlıq kassa toplayan ilk kinofilm olub.

Bundan əvvəl bu nailiyyət “Ulduz müharibələri: Gücün oyanması”na məxsus idi.

Bu məbləği yığmaqda rekord isə “Qisasçılar: Final” (“Avengers: Endgame”) (beş günə) və “Qisasçılar: Sonsuzluq savaşı” (“Avengers: Infinity War”) (11 günə) saqalarına məxsusdur.

“Hörümçək-adam: Evə yol yoxdur” tarixdə 1 milyard dollar gəlir əldə edən 49-cu filmdir.

 

Mənbə: Hollywood Reporter