İşgüzar  qadının qarderobunda nələr olmalıdır? - FOTO
Maraqlı12:5812 aprel, 2021

İşgüzar  qadınlar qarderoblarında nələrə diqqət etməlidirlər?

title
Bizi-da oxuyun

Hər bir qadının qarderobu müxtəlif geyim növləri ilə zəngindir. Öncə,qadınlar həmişə baxımlı olmalıdırlar. Özünüzü sevməli və qayğı göstərməlisiniz. Bəs işgüzar qadının qarderobunda nə olmalıdır? 

 

Qara, tünd göy, boz rəngli ətəklər, şalvar, gödəkçələr və kostyumlar qarderobunuzda əvəzolunmazdır.  

Köynək seçərkən təbii materialdan, pambıq və ya ipək, şəffaf olmayan köynəklərə üstünlük verilməlidir. Krem, zərif  fil sümüyü rəngli köynəklər  qarderobunuzda əvəzolunmazdır. Qara kostyumlar üçün ağ köynəklər əvəzinə fil sümüyü və ya krem ​​rəngli köynəklər sizin üslübü daha dinamik göstərəcək. Qara və ağ kimi zidd kombinlərdən mümkün qədər qaçmaq lazımdır. 

Son vaxtlar iş həyatında donlara da üstünlük verilir. Tünd rənglər daha çox  qışda,  pastel çalarlar isə yayda geyilə bilər. Dizdən bir qədər aşağı, lakin çox boş və ya sıx olmayan qolsuz və ya qısa qollu paltarlar gödəkçələrlə də geyilə bilər.

 


İş geyimlərimizi aksessuarlarla rəngləyə bilərsiniz. Şərf geyimlərimizə zəriflik qatır. Çox sayda naxış və rəngdən qaçmaq lazımdır. İnci, iş həyatı üçün ən uyğun daşdır. Sizi kübar və alicənab göstərir.

 

Hündürdaban, platforma, topuqda bağlanan ayaqqabılar, balet və tərlik, açıq topuqlu,  arxadan qayışla bağlanan ayaqqabılar iş üçün uyğun deyil. Çox yüksək olmayan qısa topuqlu tünd rəngli ayaqqabılar bütün günü rahat keçirməyimizə imkan verir. Hündür daban ayaqqabılar şık görünsə də,  uzun müddət istifadə üçün narahatdır. 

 

Sadə, yüngül bir makiyaj sizi enerjili və baxımlı göstərəcək. Göz makiyajı göz rənginizdən çox paltarınızın rənginə əsaslanmalıdır.Saçlarınız həmişə baxımlı olmalıdır. 

Axşam iş görüşməsi  yeməyində qara rəng geyimə üstünlük verilməlidir. Ətək və paltar nə mini, nə də maxi olmalıdır. Dizin altında bitən paltarlara üstünlük verilməlidir. İş görüşməsi yeməyində  ayaqqabılar bir az hündürdaban ola bilər, amma yenə də açıq barmaq olmamasına diqqət yetirilməlidir.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0

Əlaqəli mövzular