Bakı 10˚C Sunny

“I Believe I Can Fly” hitinin ifaçısı 30 il müddətinə azadlıqdan məhrum edildi - VİDEO

Maraqlı 15:51 30 iyn, 2022

Reperin 25 ildir ki, mütəmadi olaraq kriminal fəaliyyətlə məşğul olduğu sübuta yetirilib

“I Believe I Can Fly” hitinin ifaçısı 30 il müddətinə azadlıqdan məhrum edildi - VİDEO

“I Believe I Can Fly” hitinin ifaçısı R.Kelli insan alveri və cinsi təcavüzə görə 30 il müddətinə azadlıqdan məhrum edilib.

55 yaşlı sənətçi reketçilik və cinsi istismar məqsədilə insan alveri də daxil olmaqla doqquz ittiham üzrə təqsirli bilinib.

Prokurorların sözlərinə görə, o, öz şöhrətindən oğlan və qızları istismar etmək üçün istifadə edib.

Reperin 25 ildir ki, mütəmadi olaraq kriminal fəaliyyətlə məşğul olduğu sübuta yetirilib.

Kelli 15 yaşlı qızla qanuni nikah qurmaq üçün onun şəxsiyyətini də saxtalaşdırıb.

Təqsirləndirilən şəxsin vəkilləri bildiriblər ki, cinayətkarın özü də dəfələrlə ailə üzvlərindən biri tərəfindən cinsi zorakılığa məruz qalıb. Uşaq ikən reper güllələnib, üstəlik, dostunun qətlinin də şahidi olub. Müdafiə tərəfi bu faktlardan istifadə edərək cəzanı on il yüngülləşdirməyə çalışsa da, məhkəmə sənətçinin 30 il müddətinə azadlıqdan məhrum edilməsini düzgün hesab edib.

Mənbə: gazeta.ru