Bakı 13˚C Mostly sunny

İbrahimoviç ağır zədəyə görə karyerasını bitirə bilər

İdman 22:43 25 may, 2022

İddiaya görə, İbrahimoviç futbolla vidalaşsa, mərhum agent Mino Rayolanın şirkətində işə başlaya bilər.

İbrahimoviç ağır zədəyə görə karyerasını bitirə bilər

İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunacaq.

Qazet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, isveçli hücumçu 7-8 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bir müddət öncə Milan şəhərinin eyniadlı təmsilçisinin 41 yaşlı forvardla yeni müqavilə imzalayacağı barədə məlumat yayılıb. Lakin hazırkı vəziyyətə görə təcrübəli oyunçunun karyerasını bitirə biləcəyi də istisna olunmur.

İddiaya görə, İbrahimoviç futbolla vidalaşsa, mərhum agent Mino Rayolanın şirkətində işə başlaya bilər.

Qeyd edək ki, Zlatan İbrahimoviç ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 8 qol vurub və 3 məhsuldar ötürmə edib. O, "rossonerilər"lə İtaliya çempionluğunu qazanıb.