Bakı 13˚C Sunny

İddiaçılar Turniri: Teymur Rəcəbov bu gün Karuana ilə qarşılaşacaq

İdman 13:37 03 iyl, 2022

 35 yaşlı qrossmeyster XIII turda ağ fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq

İddiaçılar Turniri: Teymur Rəcəbov bu gün Karuana ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Qazet.az-ın məlumatına görə, 35 yaşlı qrossmeyster XIII turda ağ fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

12 turdan sonra 6 xala malik Rəcəbov Karuana ilə birlikdə 5-6-cı yerləri bölüşdürür. O, turnirin qalibi olma şanslarını itirib.

Turnir cədvəlinə 8,5 xalla rusiyalı Yan Nepomnyaşi başçılıq edir. Qrossmeyster bu gün macarıstanlı Rixard Rapportla heç-heçə etsə, ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirəcək