Bakı 12˚C Windy

İddiaçılar Turniri: Teymur Rəcəbov çinli şahmatçını məğlub edib

İdman 00:22 02 iyl, 2022

Təcrübəli şahmatçı hazırda 4-cü pillədə qərarlaşıb. 

İddiaçılar Turniri: Teymur Rəcəbov çinli şahmatçını məğlub edib

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

Qazet.az-ın məlumatına görə, 35 yaşlı qrossmeyster XII turda qara fiqurlarla çinli Dinq Lirenlə üz-üzə gəlib.

26-cı gedişdə rəqibini məğlub edən Rəcəbov xallarının sayını 6-ya çatdırıb.

Təcrübəli şahmatçı hazırda 4-cü pillədə qərarlaşıb. Azərbaycan təmsilçisi növbəti turda ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşacaq.