Bakı 7˚C Sunny

İdmançılarımızın yeni reytinqi açıqlandı

İdman 16:50 09 avq, 2022

Reytinqə bədii gimnastika üzrə qrup hərəkətləri komandası 435 xalla başçılıq edir.

İdmançılarımızın yeni reytinqi açıqlandı

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə, milli komandaların idmançılarının 2022-ci ilin avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.

Qazet.az nazirliyin saytına istinadən xəbər verir ki, reytinqə bədii gimnastika üzrə qrup hərəkətləri komandası 435 xalla başçılıq edir.

Ötən ay Misirin paytaxtı Qahirədə dünya ikincisi olan qılıncoynadan Anna Başta (330 xal) 2-ci,  bədii gimnast Zöhrə Ağamirova (300 xal) 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.