Bakı 13˚C Mostly sunny

İdmançımız qızıl medal qazandı

İdman 15:55 26 sen, 2021

İdmançımız qızıl medal qazandı

İdmançımız qızıl medal qazandı

Azərbaycanın idman gimnastikası üzrə milli komandasının üzvü Nikita Simonov beynəlxalq yarışda - Macarıstan Qran Prisində birinci yer tutub.

Qazet.az xəbər verir ki, idman gimnastikası üzrə yarışı 24-26 sentyabr tarixlərində Sombatxey şəhərində keçirilir. Azərbaycan gimnastı halqa ilə hərəkətlərində qızıl medal qazanıb (14.500 xal).

İkinci yeri Avstriya gimnastı, üçüncü yeri isə İsraili təmsil edən idmançı tutub.