Bakı 7˚C Sunny

İğtişaşlardan sonra Almatıda metro fəaliyyətini bərpa etdi

Gündəm 12:19 17 yan, 2022

Bu, şəhərdə vəziyyətin sabitləşməsi nəticəsində mümkün olub

İğtişaşlardan sonra Almatıda metro fəaliyyətini bərpa etdi

Təxminən iki həftə əvvəl iğtişaşlar səbəbindən fəaliyyəti dayandıran Almatı metrosu bu gün səhər saatlarından fəaliyyətini bərpa edib.

Qazet.az TASS-a istinadən xəbər verir ki, metronun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, bu, şəhərdə vəziyyətin sabitləşməsi nəticəsində mümkün olub.

Qeyd edək ki, Qazaxıstanda metro xidməti yalnız Almatı şəhərində mövcuddur.