İki ay əvvəl itkin düşənlər barədə yeni xəbər
Hadisə13:0224 sentyabr, 2021

Onların atlarının minaya düşdüyü deyilir

İki ay əvvəl itkin düşənlər barədə yeni xəbər
Bizi-da oxuyun

İki ay öncə Daşkəsən rayonunda itkin düşən iki nəfərin – 21 yaşlı Ülfət Rüstəmov və 11 yaşlı İsmət Bayramovun atının minaya düşdüyü məlum olub.

Qazet.az xəbər verir ki, İ.Bayramovun atası Allahverdi Bayramov bildirib ki, polis əməkdaşlarının axtarışları nəticəsində uşaqların gətirmək üçün getdikləri atın Kəlbəcər rayonu ərazisində minaya düşdüyü məlum olub: “Hazırda həmin əraziyə gedirik, atın minaya düşdüyü yerdən şəkli mənə göstərdilər. Amma uşaqlardan hələ bir xəbər yoxdur. Onların atın yanında olub-olmadıqlarını da hələ bilmirik”.

Ü.Rüstəmov və İ.Bayramov qonşudurlar.

Qeyd edək ki, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov iyul ayının 30-da at gətirmək adı ilə rayonun Alaxançaylı kəndindən çıxıb və bir daha geri qayıtmayıblar. Onların dumanlı havada azmaları ehtimal olunurdu. /Qafqazinfo

Fikriniz