Müharibə bizim üçün sevindirici xəbər oldu, çünki 30 ildir bu xəbəri gözləyirdik
Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi.
Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq.
Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 11-ci gündür.

Azərbaycanlı tarixçi, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu İkinci Qarabağ müharibəsi və müharibənin ən yadda qalan anları ilə bağlı Qazet.az-a müsahibə verib.
– 44 günlük zaman kəsimində sizin üçün ən yadda qalan an hansı oldu?
– Birincisi, müharibənin başlanması oldu. Müharibənin başlanması xəbərini aldıq və xəbər verildi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə başlayıb. Bu, bizim üçün sevindirici xəbər oldu, çünki 30 ildir bu xəbəri gözləyirdik. Hər dəfə düşmənin bizə qarşı etdiyi təxribatlar insanları bezdirmişdi. Xalq konkret olaraq bir gedişat gözləyirdi. Ermənilərin atdıqları mərmini saymaq yox, artıq bir irəliləyiş gözləyirdi. O mənada müharibənin başlanmasının ilk günün belə dəyərləndirirəm ki, bu hamımızda böyük ruh yüksəkliyi yaratdı. İkinci dəfə isə bizi sevindirən o oldu ki, ordumuz dayanmadan irəli getdi.
– İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun apardığı döyüş taktikasını tarixi nəzərdən necə qiymətləndirə bilərsiniz?
– Ordumuz ənənəvi döyüş taktikası ilə deyil, ilkin olaraq yüksəklikləri geri aldı. Bu isə İkinci Qarabağ müharibəsində çox önəmli idi. Yüksəklikləri geri almaqla ordumuz düşməni mühasirəyə almış oldu. Bu həmçinin onu göstərirdi ki, bizim ordumuz 1-2 rayonu azad etməklə kifayətlənməyəcək. Ordumuzun əsas məqsədinin işğalda olan bütün torpaqlarımızı azad etmək olduğunu gördük. Bunu ermənilərin özləri də başa düşdü. Bu ermənilərə ciddi bir zərbə oldu. Ordunun strateji yüksəklikləri ələ keçirib, onları mühasirəyə almağı, ermənilərin köhnə taktikasınıı pozdu.
Ermənilər o zaman anladı ki, bu müharibə bir rayonu azad edib sonra dayanıb danışıqlara gediləcək söhbətində deyil. Çünki ermənilərdə öncə belə bir fikir var idi ki, bir-iki rayondan geri çəkiləcəklər, Azərbaycan gəlib oranı tutacaq və danışıqlara gediləcək. Bütün bunların hamısını müharibənin ilk günlərində ordumuzun apardığı ağıllı taktikası, əsgərlərimizin fədakarlığı, qəhərmanlığı pozdu. Ermənilərin isə qarşısında olan məqsəd bu oldu ki, Azərbaycan torpaqlarından çıxmaq. Bu mənada müharibə bizim tariximizə yeni dəyərlərilə daxil oldu.
– Şuşanın işğaldan azad edilməsi dünya hərb tarrixində mühüm yer tutur. Bununla bağlı hansı fikirləriniz var?
– Ən böyük uğurlarımızdan biri Şuşanın azad edilməsi oldu. Əgər Şuşa azad edilməsəydi, müharibə yarımçıq vəziyyətdə qalacaq idi. Şuşanın azad edilməsi həmçinin bizim mənəvi qələbəmizə çevrildi. Ermənilər əslində Şuşanı əldə saxlaya bilmək üçün bütün cəhdləri göstərirdi. Bu da baş tutmadı və Şuşanı qəhrəmanlarımız müharibə tarixində qeyri-adi hesab olunan döyüş taktikası ilə geri aldı. Bu gün Şuşa Azərbaycan tarixində olan mühüm məqamda yer almaqdadır. Müharibənin görünməyən tərəflərindən biri də bu oldu ki: o da gənclərimizin qəhrəmanlıq və fədakarlıqları idi. İkinci Qarabağ müharibəsi haqqında çox araşdırılacaq, çox yazılacaq.
– İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının tarixi davranışı diqqət çəkən idi. Bəs siz müharibə zamanı bu baxımdan hansı anlara şahid olmusunuz?
– Həmin vaxtı mən hərbi səfərbərlik idarələrinin bir neçəsinin qarşısına toplaşan, cəbhəyə getmək üçün az qala hay-küy salan qəhrəman oğulların fotolarını çəkmişəm. Bu mənim öz arxivim üçün idi. Həmin fotolar mənim üçün yadigar fotolardır. Biz həmin dövrdə gənclərimizin coşqu, sevinc içində döyüşə getdiklərini gördük. Bu qəhrəmanlıq, fədakarlıq hər zaman baş vermir.
Bəzən yaralı əsgəri öz ciyninə alıb 2 km yolu piyada getmək, öz canını dostu üçün fəda etmək. Nə qədər nümunələr gördük müharibə zamanı. Ona görə də İkinci Qarabağ müharibəsi heç bir zaman unudulmayacaq. Bir qəhrəmanlıq müharibəsi kimi bizim tarixi yaddaşımızda qalacaq. Mənim təbii ki, ən böyük arzum bu tarixi hadisələr haqqında kitab yazmaqdır. Əslində mən həmin kitabı yazmağa başlamışam. Müharibənin elə ilk günündən başladım - sənədlər, arxivlər, fotolar toplamağa. Təəssüflər olsun ki, kitabı bu ilə başa çatdıra bilmədim. Amma mən həmin kitabı başa çatdıracam və bu mənim müharibəyə, şəhid olan qəhrəmanlarımıza, qazilərimizə dəyər göstərməyimin nümunəsi olacaq.
– Tariximizdə müharibənin yerini necə qiymətləndirirsiniz?
– Mən tariximizdə bu müharibəni çox yüksək qiymətləndirirəm. Təbii ki, bu müharibədə ilk növbədə yada salırıq şəhidlərimizi, qazilərimizi və birdə bu müharibənin təşkilində, istiqamətləndirilməsində əsas rol alan Ali Baş Komandanın fəaliyyətini də daim qeyd etməliyik. Demək istədiyim odur ki, bu üçlüyün birliyi müharibənin rəhminə, uğuruna çevrildi. Təbii ki, Azərbaycan xalqı bu müharibədə özünün yüksək döyüş qabiliyyətilə yanaşı, həm də özünün təmkinliyini, müharibəyə olan inamını göstərdi. Məhz bu da müharibənin qələbəylə bitməsində önəmli rol almış oldu.
Dönməz Hüseyin
Şimali Koreyada bir gündə 220 minə yaxın koronavirus hadisəsi qeydə alınıb
Britaniya XİN: “Moldova NATO standartlarına uyğun silahlanmalıdır”
Podolyak ərazilərin fəda edilməsi barədə: “Bunu artıq qəlbən uduzmuş “luzer” deyir” - FOTO
"Qarabağ"ın futbolçusu: "Çempionluq yolumuz çox ağır oldu"
ABŞ-da türkdilli xalqların ictimai fəalları izdihamlı yürüş keçirib
İrandan Livana silah daşıyan şəxs İFŞA OLUNDU: Onun Qasım Süleymani ilə əlaqəsi nə idi? - VİDEO
Sərhədi pozmağa cəhd göstərənlər tutuldu
Yara sarğısında narkotik keçirmək istədi: YAXALANDI
Kreml minə yaxın amerikalıya qadağa qoydu: Co Bayden və Morqan Friman da siyahıya düşdü
Tahir Gözəl: "Qarabağ"ın oyunu mənə ləzzət edir"
Fikriniz
- Rəy yazın
- Rəylər
- Şimali Koreyada bir gündə 220 minə yaxın koronavirus hadisəsi qeydə alınıb
Ümumilikdə təxminən 2,5 milyon insan xəstələnib
Səhiyyə / sağlamlıq01:45 22.05.2022 - Britaniya XİN: “Moldova NATO standartlarına uyğun silahlanmalıdır”
Biz indi bunu müttəfiqlərlə müzakirə edirik
Dünya01:31 22.05.2022 - Podolyak ərazilərin fəda edilməsi barədə: “Bunu artıq qəlbən uduzmuş “luzer” deyir” - FOTO
Bizim başqa ölkəmiz yoxdur, nə üçün mübarizə apardığımızı bilirik
Dünya00:34 22.05.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Eksklüziv
Hamısına bax- "Rusiya müstəqil, suveren Ukrayna dövlətinin mövcudluğuna hansısa şəkildə son qoymağa çalışır" - SİYASİ ANALİZ
"Keçmiş hərbçilərin, zabitlərin mövqeyi rəzalət idi"
Aktual10:36 11.04.2022 - Məşhur serialdan Azərbaycana böyük təxribat: Dövlət qurumları niyə susur? QAZETAZ SORUŞUR - FOTO / VİDEO
Dünyaca məhşur serialda Azərbaycana qarşı təxribat edilib və bununla bağlı heç bir rəsmi dövlət orqanı lazımi addımı atmır
Azərbaycan12:25 01.02.2022