Bakı 15˚C Mostly sunny

İlahiyyatçı Sərdar Babayev dövlətə xəyanət ittihamı ilə həbs edildi

Hadisə 19:54 21 okt, 2021

Bu barədə vəkil Cavad Cavadov məlumat verib

İlahiyyatçı Sərdar Babayev dövlətə xəyanət ittihamı ilə həbs edildi

İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.

Qazet.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib.

O bildirib ki, S.Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib və məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb.