Bakı 19˚C Partly sunny

İlham Əliyev Ersin Tatarı qəbul etdi - FOTOLAR(YENİLƏNDİ)

Gündəm 18:04 09 avq, 2022

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev Ersin Tatarı qəbul etdi - FOTOLAR(YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

Qazet.az xəbər verir ki, görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulanıb. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub.