Bakı 13˚C Sunny

İlham Əliyev İsrail Prezidentinə başsağlığı verib

Siyasət 12:50 14 yan, 2022

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa başsağlığı məktubu göndərib

İlham Əliyev İsrail Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa başsağlığı məktubu göndərib.

Qazet.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Ananız - Aura Hersoqun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".