İlin komandası adına 9 namizəd bəlli olub
Azərbaycan16:2501 dekabr, 2021

İlin idman yarışı nominasiyasının namizədləri də bəlli olub

İlin komandası adına 9 namizəd bəlli olub
Bizi-da oxuyun

Azərbaycanda Ilin Komandası adına namizədlər açıqlanıb.

Qazet.az-ın məlumatına görə, İdman Araşdırmalar Mərkəzinin müəyyənləşdirdiyi siyahıda 9 komanda yer alıb.

Bundan əlavə, ilin idman yarışı nominasiyasının namizədləri də bəlli olub.

İlin Komandası

1. Aerodans üzrə komanda (Dünya çempionu)

2. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (Dünya Kubokunun bürünc medalçısı)

3. Futzal üzrə milli komanda (Avropa çempionatına vəsiqənin sahibi)

4. Karate üzrə kişilərdən ibarət komanda (Dünya çempionatının bürünc medalçısı)

5. "Keşlə" futbol komandası (Azərbaycan Kubokunun sahibi)

6. "Qarabağ" futbol komandası (Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı və UEFA Konfrans Liqasının qrup mərhələsindən növbəti mərhələyə vəsiqənin sahibi)

7. "Neftçi" futbol komandası (Azərbaycan Premyer Liqasının qalibi)

8. “Sumqayıt” futbol komandası (Azərbaycan Premyer Liqasının bürünc medalçısı)

9. Şahmat üzrə qadınlardan ibarət komanda (Avropa çempionatının bürünc medalçısı)

İlin İdman Yarışı

1. Aerobika gimnastikası üzrə dünya çempionatı

2. AVRO-2020-nin Bakıda keçirilmiş 4 oyunu

3. Batut gimnastikası üzrə dünya çempionatı

4. Bədii gimnastika üzrə Dünya Kuboku

5. Cüdo üzrə Böyük Dəbilqə

6. Formula 1 üzrə Azərbaycan Qran-prisi

7. Paracüdo üzrə Qran-pri

Qeyd edək ki, "İlin Qalibləri-2021" layihəsinin baş sponsoru "Azfar Group", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "Il`Azero", informasiya dəstəkçisi "Report", təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.

Fikriniz