Bakı 14˚C Windy

İlon Mask dünyanın ən zəngin adamı olub

Gündəm 17:07 28 sen, 2021

"Tesla"nın qurucusu zənginlər siyahısında birinci yerə sahib olub

İlon Mask dünyanın ən zəngin adamı olub

“Tesla”nın qurucusu İlon Mask yenidən dünyanın ən zəngin iş adamı olub.

Qazet.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat paylaşıb.

Bazar ertəsi günü Maskın sərvəti ilk dəfə olaraq 200 mlrd. ABŞ dollarını ötüb.

Fond bazarlarının bağlanışında onun sərvəti 203,4 mlrd. dollar təşkil edib. Buna səbəb “Tesla” səhmlərinin dəyərinin artması olub.

Zənginlər siyahısında birinci yeri itirən Cef Bezos “Amazon” səhmlərinin ucuzlaşması nəticəsində ikinci pilləyə enib.

“Lui Vitton” və “Dior”un sahibi olan Bernar Arno da ən zəngin iş adamı adı uğrunda yarışır./APA