İlon Mask iki günə 50 mlrd. dollar itirib
Dünya11:1210 noyabr, 2021

"Tesla" şirkətinin səhmlərinin ucuzlaşması Maska 50 milyard dollara başa gəldi

İlon Mask iki günə 50 mlrd. dollar itirib
Bizi-da oxuyun

Amerikalı iş adamı İlon Mask sahibi olduğu "Tesla" şirkətinin səhmlərinin ucuzlaşması səbəbindən iki günə 50 mlrd. dollardan çox vəsait itirib.

Qazet.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Elektromobil istehsalçısının səhmləri şənbə günü Maskın "Twitter" istifadəçilərinə şirkətdəki 10%-lik payının satılması ilə bağlı verdiyi sualdan sonra uculaşmağa başladı. Çərşənbə axşamı Nyu-York birjasında ticarətin bağlanışınadək "Tesla"nın səhmləri 16%-dən çox ucuzlaşıb.

Bu hal sahibkarın şəxsi rifahının qiymətləndirilməsinə təsir edib. "Bloomberg"in məlumatına görə, iki gün ərzində planetin ən zəngin adamı 50 mlrd. dollardan çox vəsait itirib. Maskın sərvətinin ümumi məbləği göstərilmir, lakin onun dünyanın ən zəngin iş adamları siyahısında ikinci yerdə qərarlaşan "Amazon"un təsisçisi Cef Bezosdan fərqinin 83 mlrd. dollar azaldığı deyilir. Bazar ertəsi "Bloomberg" Maskın sərvətini 323 mlrd. dollar, Bezosun sərvətini isə 201 mlrd. dollar səviyyəsində qiymətləndirib.

"Forbes" jurnalının reytinqində Maskın sərvəti 271 mlrd. dollar, Bezosun sərvəti isə 205,9 mlrd. dollar səviyyəsində qiymətləndirilir. Jurnalın məlumatına görə, noyabrın 1-də "Tesla"nın sahibi tarixdə sərvəti 300 mlrd. dolları keçən ilk iş adamı olub.

Fikriniz