“İndi də qanlı əllərinizlə bir tarix yazırsınız” - Ərdoğandan Baydenə
Gündəm22:0617 may, 2021

Dövlət başçısı qeyd edib ki, iclasda mərhələli normallaşma təqviminin ikinci mərhələsi müzakirə olunub.

title
Bizi-da oxuyun

“Ramazan ayı boyunca tətbiq etdiyimiz qismən və tam qapanma tədbirləri sayəsində pandemiyanı yenidən böyük ölçüdə nəzarət altına aldıq”.

Qazet.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra media qarşısındakı çıxışı zamanı bəyan edib.

Dövlət başçısı qeyd edib ki, iclasda mərhələli normallaşma təqviminin ikinci mərhələsi müzakirə olunub.

“Mərhələli normallaşma təqviminin ikinci mərhələsini müzakirə etdik. Qarşıdakı günlərdə vəziyyətə uyğun olaraq, bu sahədə tətbiq olunacaq əsas qərarları paylaşacağıq. Bundan sonra əvvəlki qədər miqyaslı məhdudlaşdırıcı tədbirlərə ehtiyac olmayacağına ümid edirik”, - deyə prezident bildirib.

R.T.Ərdoğan qeyd edib ki, ölkədə vaksinasiya prosesi də sürətləndirilir.

“Vaksinasiya prosesini sürətləndiririk. Müəllimlər başda olmaqla, bütün risk qruplarının vaksinasiyasını tez bir zamanda başa çatdırmağa çalışırıq”, - deyə dövlət başçısı əlavə edib.

Dövlət başçısı İsrail-Fələstin qarşıdurmasından da danışıb. O, ABŞ Prezidenti Co Baydenin İsrailə silah satışını nəzərdə tutan qərarı imzalamasını pisləyib.

“Hörmətli Bayden, qondarma soyqırımı məsələsində də ermənilərin tərəfində oldunuz. İndi də qanlı əllərinizlə bir tarix yazırsınız”, - deyə Ərdoğan qeyd edib.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0