Bakı 17˚C Partly sunny

İnfarkt öncəsi əlamətlərə diqqət edin

Cəmiyyət 15:05 21 iyn, 2022

Ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib

İnfarkt öncəsi əlamətlərə diqqət edin

Miokard infarktı zamanı xəstələrin demək olar ki, yarısı xəstəxanaya çatmadan dünyasını dəyişirlər.
Qazet.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, bəzi az bilinən simptomlar var ki, onlar insanda infarktın yaxınlaşmasına işarə edə bilər.

- Yaxınlaşan infarkt nəfəs darlığı, sinə ağrısı və güclü narahatlıq hissi ilə özünü büruzə verir.

- Sinədə hiss edilən və 20 dəqiqədən az davam edən ağrı olur.

- Yandırıcı ağrı sinədən sol qola (bəzən hər iki qola), kürəyə, çiyinə, çənəaltı nahiyəyə, epiqastral (qarının üst hissəsi) nahiyəyə yayılır.
 

- Tər basma, ürəkdöyünmə, başgicəllənmə, huşun itirilməsi kimi şikayətlər olur.

- Ürəkbulanma, qusma və kəskin halsızlıq şikayəti olur.


Qaynaq