Bakı 13˚C Sunny

İngiltərə də Pekin Olimpiya Oyunlarını diplomatik boykot etdi

İdman 22:55 08 dek, 2021

Conson deyib ki, hökumət Çində insan haqlarının pozulması ilə bağlı narahatlığını dilə gətirməkdən çəkinmir.

İngiltərə də Pekin Olimpiya Oyunlarını diplomatik boykot etdi

Böyük Britaniyanın Baş naziri Boris Conson idmançıların Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edə biləcəyini, lakin nazirlər və rəsmilərin diplomatik boykot tətbiq edəcəyini bildirib.

“Qazet.az” xəbər verir ki, Conson Çinin uyğur türklərinə qarşı bu cinayətlərinə görə bu qərarın verildiyini açıqlayıb.

Conson deyib ki, hökumət Çində insan haqlarının pozulması ilə bağlı narahatlığını dilə gətirməkdən çəkinmir.