İngiltərə dünyada hərbi iştirakını genişləndirir
Dünya09:0626 noyabr, 2021

Müdafiə nazirliyinin hesablamasına görə 2025-ci ilə qədər 100 mindən çox hərbçi orduda xidmət edəcək ki, onlardan 73.000-i fəal, 30.000-i isə ehtiyatda olacaq.

İngiltərə dünyada hərbi iştirakını genişləndirir
Bizi-da oxuyun

İngiltərə müdafiə nazirliyinin dünən çap etdiyi plandan dünyada hərbi mövcudluğunu artırmaq niyyətində olduğu məlum olub.

Qazet.az xəbər verir ki, həmin planda hərbi sistemin yenilənməsi və gücləndirilməsi nəzərdə tutulur. Bu plana əsasən dünyada İngiltərənin hərbi mövcudluğunun artırılması düşmənlərə qarşı müttəfiqlərdə inam yaratmağa və toqquşmaların yaranmasına mane olmağa hesablanıb.

İngiltərənin  müdafiə nazirliyi gələcək onillik üçün hərbi təchizata ayrılan 8.6 milyard funtluq (11.46 milyard dollar) vəsaitin artırılacağını bildirib. Bununla rəsmi Londonun öz hərb sektoruna qoyduğu vəsaitin həcmi bu müddətdə 41.3 funta çatacaq.

Fikriniz