Bakı 13˚C Sunny

İngiltərə Kuboku: “Liverpul” “lotereya”da sevindi

İdman 01:57 15 may, 2022

“Lotereya”da daha dəqiq olan “Liverpul” penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələrək kubokun sahibi olub

İngiltərə Kuboku: “Liverpul” “lotereya”da sevindi

Bu gün Londondakı “Uembli” stadionunda İngiltərə kubokunun finalı keçirilib. 

Həlledici matçda “Çelsi” və “Liverpul” qarşılaşıb.

Qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.

“Lotereya”da daha dəqiq olan “Liverpul” penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

İngiltərə Kuboku

“Çelsi” - “Liverpul” - 0:0 (penaltilər seriyası - 5:6)

Beləliklə, Mersisayd təmsilçisi tarixində 8-ci dəfə İngiltərə kubokunu qazanıb.

“Liverpul” bu kuboka sonuncu dəfə 2006-cı ildə sahib çıxmışdı.