Bakı 9˚C Windy

İngiltərədə futbolçulara saxta peyvənd sertifikatları təklif edilir

İdman 12:46 26 okt, 2021

4 klub fırıldaqçıların oyunçularla əlaqə saxladığını təsdiqləyib

İngiltərədə futbolçulara saxta peyvənd sertifikatları təklif edilir

İngiltərə Premyer Liqasında çıxış edən futbolçulara kütləvi şəkildə saxta koronavirus peyvəndi sertifikatları təklif edilir.

Qazet.az "Daily Mail"ə istinadən xəbər verir ki, 4 klub fırıldaqçıların 1,86 milyon avro müqabilində oyunçularla əlaqə saxladığını təsdiqləyib.

İdmançıların bunu qəbul edib-etmədiyi hələlik bəlli deyil. Bir sıra klub rəsmiləri futbolçuların onları məsələ ilə bağlı məlumatlandırdığını söyləyib.

Qeyd edək ki, Premyer Liqa rəhbərliyi ötən həftə oyunçuların 68 faizinin tam peyvənd olunduğunu, 81 faizinin isə birinci dozanı qəbul etdiyini açıqlayıb.