Bakı 25˚C Partly sunny

“İnstagram”dan daha bir yenilik - "TikTok"a girməyə ehtiyac qalmayacaq!

Biznes 17:05 23 iyn, 2022

Şirkət bundan sonra ”TikTok” kimi videoları yayımlayacaq

“İnstagram”dan daha bir yenilik - "TikTok"a girməyə ehtiyac qalmayacaq!

Məşhur sosial şəbəkə platforması "İnstagram” tam ekran formatını sınaqdan keçirir. 

Qazet.az xəbər verir ki, şirkət bundan sonra ”TikTok” kimi videoları yayımlayacaq.

Məşhur sosial media tətbiqi "TikTok” xüsusilə gənclərin sıx marağı qarşısında sürətlə böyüyüb. Bu artım digər sosial media platformalarını da səfərbər edib. Son addım "İnstagram”dan gəlib. Platformadakı məzmunu daha təsirli etmək üçün "İnstagram” tam ekran rejimini sınaqdan keçirir. 

Meta şirkətinin baş direktoru Mark Zukerberq bu yaxınlarda "İnstagram” hekayəsində bir yazı paylaşıb. Bu yazıda o, tezliklə sınaq mərhələsinə qədəm qoyacaq tam ekran formatını açıqlayıb.

Meta sözçüsü qeyd edib ki, bu formatın məqsədi "İnstagram”da videoların çəkisini artırmaqdır. 

Qeyd edək ki, bu sınaq mərhələsindən əvvəl istifadəçilər tam ekran versiyası üçün videonun üzərinə klik etməli idilər.