Bakı 22˚C Sunny

"Instagram"da YENİLİK: Şaquli fotoların dəstəyi...

Maraqlı 09:10 09 avq, 2022

Adam Mosseri açıqlamasında bildirib

"Instagram"da YENİLİK: Şaquli fotoların dəstəyi...

Hələ bir neçə müddət bundan öncə Instagram öz platformasında yeni alqoritmi və TikTok-a bənzəyən redizaynı anons etmişdi.

Qazet.az xəbər verir ki, bu cür anonsdan sonra məşhur fotoservisin istifadəçiləri öz narazılıqlarını bildirmişdilər. Nəticədə Instagram bu fikirlərdən imtina etməli oldu. Lakin görünür, fotoservisdə yenə də bəzi dəyişikliklər olacaq. Instagram-ın rəhbəri Adam Mosseri-nin sözlərinə əsasən yaxın zamanda fotoservisdə 9:16 nisbətində şaquli fotoların dəstəyi reallaşdırılacaq. “Instagram-da şaquli videolar olsa da, şaquli fotolar yoxdur. Buna görə də biz bu məsələdə bərabərliyin təmin olunmasına qərar vermişik” - deyə Adam Mosseri qeyd edib.

Hal hazırda Instagram-da şaquli fotoların nisbətləri 4:6 təşkil edir və istifadəçi 9:16 nisbətində fotolar yükləmək istəyən zaman onlar tam ekran rejimində əks olunurlar. Bir neçə müddət bundan öncə Instagram bütün fotoları məcburi şəkildə tam ekranlı şaquli rejimə köçürtməyi elan etmişdi. Bu isə öz növbəsində məşhur bloggerlərin və adi istifadəçilərin narazılıqlarına səbəb olmuşdu. Müəyyən müddətdən sonra Instagram-ın özü də bunun yaxşı ideya olmadığını böynuna aldı (technote.az). Buna görə də tam ekran formatında olan şaquli fotolar istifadəyə verilsə də, məcburi şəkildə tətbiq edilməyəcək. Instagram daxilində aparılmış analiz onu göstərib ki, daha öncə planlaşdırılmış bu məcburi addım istifadəçiləri o dərəcə qane etməyib ki, onlar tətbiqdən istifadə müddətini azaldıblar.