Bakı 25˚C Partly sunny

"İnstaqram"da yeni funksiya: Hesabınız silinə bilər

Biznes 17:49 04 iyl, 2022

Sözügedən xüsusiyyət "İnstagram” istifadəçilərinə tətbiq vasitəsilə hesabları silmək imkanı verir

"İnstaqram"da yeni funksiya: Hesabınız silinə bilər

"İnstagram” yeni funksiyasını işə salacaq.  

Qazet.az xəbər verir ki, "İnstagram” iOS tətbiqinə gətirdiyi yeni funksiya ilə istifadəçilərə tətbiq vasitəsilə hesablarını daimi olaraq silmə imkanı verəcəyini açıqlayıb.

Bildirilib ki, sözügedən xüsusiyyət "İnstagram” istifadəçilərinə tətbiq vasitəsilə hesabları silmək imkanı verir.

Müvafiq olaraq, indi "İnstagram” tətbiqi vasitəsilə hesablar "daimi” silinə bilər.

Proses proqramdakı profil parametrləri vasitəsilə həyata keçiriləcək. "İnstagram” hesablarını silən istifadəçilərə 30 gün vaxt verəcək. Bu müddət ərzində fikirlərini dəyişən istifadəçilər hesablarını yenidən aça biləcəklər. 30 günün sonunda müvafiq hesab həmişəlik silinəcək.

Qərarın Apple-ın yeni "App Store” qaydalarını dərc etməsindən sonra verildiyi açıqlanıb.