Bakı 15˚C Mostly sunny

İnternet tarixində bir dövr başa çatır - FOTO

Biznes 15:00 15 iyn, 2022

"Microsoft" şirkəti bu gündən etibarən “İnternet Explorer” üçün dəstəyini dayandırır

İnternet tarixində bir dövr başa çatır - FOTO

“Microsoft” 27 illik tarixə son qoyur.

Qazet.az xəbər verir ki, "Microsoft" şirkəti bu gündən etibarən “İnternet Explorer” üçün dəstəyini dayandırır.

Brauzerin ən son versiyası olan "Internet Explorer 11" “Windows”un müəyyən versiyalarında dəstəklənməyəcək.

“Explorer” rejimini 2029-cu ilə qədər “Microsoft” tərəfindən hazırlanmış “Microsoft Edge” brauzerinin dəstəkləyəcəyi açıqlanıb.

Proqram şirkəti hələ də "Explorer" istifadə edən şəxslərə bununla bağlı xəbərdarlıq edib.