Bakı 15˚C Mostly sunny

İqlim dəyişikliyi fəlakəti - FUTUROLOJİ ARAŞDIRMA

Eksklüziv 14:00 19 apr, 2022

“Yaxında insanlığı böyük bir təhlükə gözləyir"

İqlim dəyişikliyi fəlakəti - FUTUROLOJİ ARAŞDIRMA

Bir tərəfdən müharibə, digər tərəfdən koronavirusla mübarizə, üstəlik iqtisadi inflasiya dalğası da azmış kimi indi də iqlim fəlakəti qapımızın ağzını kəsdirib. 

Qazet.az iqlim fəlakəti ilə bağlı araşdırmanı təqdim edir.
 

Bütün bu qarışıqlığın içində dünya sanki yeni bir eraya keçib. Qarşıda bizi gözləyən iqlim fəlakəti elə bil diqqətdən kənarda qalıb. Yaxın günlərdə qlobalistlərin portallarından biri olan “İndependent” jurnalında bir məqaləyə rast gəldim. Məqalədə insanlara çox ciddi xəbərdarlıq edilir. “Yaxında insanlığı böyük bir təhlükə gözləyir, iqlim təhlükəsini pankartlarla nümayiş etdirmək kifayət etmədi” deyə məqalədə qeyd olunur.
Xatırladaq ki, 2021-ci ildə Qlazqo şəhərində İqlim Dəyişikliyi Konfransı keçirilmişdi. Konfransda maraqlı  çıxışlar oldu. “Sanki Nuh qövmü geri dönüb, ancaq yaxında bizi gözləyən fəlakətdən yaradılışı xilas edəcək dağ görünmür”. 
Yaxşı, bəs İndependent bunu nəyə əsaslanaraq deyir?!

Ötən il NASA-nın bir bildirişı dərc olunmuşdu. Bildirişdə qeyd olunurdu ki, Antraktika bölgəsində ərimə sürətlə davam edir. Bu il isə NASA çox ciddi və qorxuducu bir açıqlama yaydı. Antraktika bölgəsində İtaliyanın paytaxtı Roma böyüklüyündə bir buz dağı əriyir. Buz dağının ölçüsü Floridadan daha böyükdür. Əgər qeyd olunan buz əriməyə davam edərsə, dənizlər, okeanlar dörd, beş metrə qədər yüksələcək. Belə olan halda sahil ətrafında olan şəhərlər su altında qalacaq.
Bu təhlükəni qlobalistlər dərc etməmişdən 5 il əvvəl dünyanın su altında qalması ilə bağlı xəritə dərc olunmuşdu. Həmin xəritədəki bölgələrə göz gəzdirdim. Təssüf ki, xəritədə Türkiyənin Aralıq dənizi sahili boyunca yer alan əraziləri, İstanbul başda olmaqla Qara dəniz, Marmara, Egey dənizi qeyd olunmuşdu. NASA bunu simulyasiya görüntüsü kimi dərc etmişdi. 


Bütün bunların fonunda ölkələr müharibə edir, bir-birinə embarqo tətbiq edir. 

Kömür, yəni karbon qazı ciddi şəkildə havanı zəhərləyir. Çin də nefti olmadığına görə daha çox kömür istifadə edən bir ölkədir. Onsuz da Çin hava kirlənməsinə səbəb olan ölkələr arasında birinci yerdədir.  Hava çirklənməsinin buzun əriməsiylə nə əlaqəsi var deyə düşünə bilərsiniz. Nə qədər çox fosil yanacaq istifadə edilərsə, qlobal istiləşmə də o qədər artar. İstiləşmə artıqca da buzlar əriməyə davam edəcək. 
Qəribəsi odur ki, İndependent jurnalı “The economist” jurnalına bir göndərmə etmişdi. “İqtisadiyyatda böhran dövrü olmasına baxmayaraq, istixana qazlarını istifadəyə verərək yaxınlaşan təhlükənin fərqində belə deyillər. Fərqində olsalar da gözardı edirlər”. 
Prezident Bayden belə dünyanın böyük bir təhlükə altında olduğunu, buzların əriyəcəyini çıxışlarında dəfələrlə qeyd edib. 
ABŞ-ın Okean və Atmosfer İdarəsi fevral ayında dərc etdiyi araşdırmada sadəcə öz bölgəsində, yarım metrlik ərazidə dənizin yüksəldiyindən bəhs etmişdi. Məqalədə qeyd olunurdu ki, ABŞ şərqdə Atlantik, qərbdə Sakit okeanın arasında ilişib qalan bir ölkədir. Buna görə də, yuxarıda qeyd olunan buz kütləsi əridiyi təqdirdə dəniz səviyyəsinin yüksəlməsi ölkəni bənzəri görülməyən bir fəlakətin ortasında tək-tənha buraxacaq. Yəni, ABŞ dollarları onları xilas edə bilməyəcək. Məqalədə heç kimin inanmayacağı qədər insan ölümlərindən bəhs edilir. Bütün dünyada milyarddan çox yüksək rəqəmlər qeyd edilir. 
BBC-nin müxbiri Castin Rovlatt Təbiət Tarixi Muzeyində Bill Qeyts ilə online müsahibə aparır. Müsahibədə Bill Qeyts Kovid-19 epidemiyası ilə mübarizənin daha asan olduğunu qeyd edir. O, həmçinin əlavə edir ki, “İqlim dəyişikliyinin həlli bəşəriyyətin indiyə qədər həyata keçirdiyi ən böyük iş olacaq. Lakin, bu əsrin sonuna qədər iqlim dəyişikliyi hər il beş dəfə daha çox ölümə səbəb olacaq".
 

Bu təəssüf doğuran məlumatlar sanki Nuh Tufanının təkrar yaşanacağından xəbər verir.
 

Yaxşı, belə bir fəlakət baş verərsə, nə etməliyik?

Bir çox ölkə bu mövzuda tədbir görür. Məsələn, belə bir təhlükə baş verərsə İngiltərə ilk yox olacaq ölkələr arasındadır. Bunu nəzərə alan İngiltərə höküməti 10 ildir sahil şəhərlərinə çox yüksək, 150 metr hündürlüyündə bəndlər inşa etdirir. Əks halda İngiltərə ada olaraq yoxolma təhlükəsi yaşayır. Nə qədər təsirli olacaq bunu zaman göstərəcək. Çünki təbiətin qəzəbindən xilas olmaq çətindir!
Qeyd edim ki, İspaniya da İngiltərə kimi tədbirlər görür. 
Hollandiya bildiyiniz kimi dəniz səviyyəsindən aşağıda yerləşən bir ölkədir. Orada da bəndlərin olduğunu bilirik. Hollandiya həmin bəndlərin hündürlüyünü artırmağa başlayıb. 
 

Bəs belə bir təhlükə Azərbaycan üçün nələr vəd edir?
 

Mən belə bir təhlükəyə qarşı qorunacaq tədbirləri hələ ki, görmürəm. Bu o demək deyil ki, fəlakət bizdən yan keçə bilər. Əgər dərc olunan xəritədə Türkiyə risk altındadırsa, şübhəsiz ki, təsirləri bizdən də yan keçməyəcək. Xəzər dənizinin səviyyəsinin dəyişkən olduğu hamıya məlumdur. Həm də küləkli dənizlərdən biridir. Xəzər dənizində il ərzində 250 qasırğalı küləklər müşahidə olunur. Xəzər dənizinin şimal hissəsi hər il hərəkətsiz möhkəm buzlarla örtülür. 
 

“National Geograpic” dərgisində bütün buzların əriməsi səbəbindən ortaya çıxan dünya xəritəsi belə olacaq.

Xəritədə Qara dəniz və Xəzər dənizinin qovuşduğu, Misirin Qahirə və İsgəndəriyyə şəhərlərinin yoxa çıxdığı görünür. Xəzər dənizində suyun səviyyəsinin 10 dəfə artacağı proqnozlaşdırılır.
Bəziləri düşünür ki, buzlar əridiyi zaman dəniz suları artacaq. Bu yaxşı haldır? Xeyr, əksinə dənizə qarışsa torpağın altına kimi qarışacaq və tarixdə görülməmiş qədim virusları da özü ilə dünyaya yayacaq. Əksinə şirin su ehtiyyatı bitəcək. 
“National Geograpic” əlavə olaraq bunları qeyd edib. “Alimlər bütün buzların əriməsi üçün beş min ildən çox vaxt lazım olacağını düşünürlər. Ancaq atmosferə karbon qazını buraxmağa davam etsək, planetdə buz qalmayacaq və orta temperatur 27 dərəcəyə yüksələcək”.


Hazırladı: Dəniz Pənahova