Bakı 21˚C Sunny

İran Qara dənizdə taxıl daşınmasında iştirak etməyə hazırdır

Gündəm 06:12 01 iyl, 2022

"Biz Qara dəniz vasitəsilə taxılın daşınması üçün dəhlizin açılması ilə bağlı razılaşma çərçivəsində işləməyə hazırıq"

İran Qara dənizdə taxıl daşınmasında iştirak etməyə hazırdır

İran Qara dəniz vasitəsilə taxıl ixracı üçün dəhlizin təşkilində iştirak etməyə hazırdır.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı deyib.

"Biz Qara dəniz vasitəsilə taxılın daşınması üçün dəhlizin açılması ilə bağlı razılaşma çərçivəsində işləməyə hazırıq", - İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.