Bakı 14˚C Sunny

İran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı BƏZİ FAKTLAR - YENİLƏNİB

Cəmiyyət 17:50 19 may, 2022

2000-ci il təvəllüdlü Mircavad Musayev  Şabran şəhərində dəfn edilib

İran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı <span style="color:red">BƏZİ FAKTLAR - YENİLƏNİB</span>

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb.

Qazet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə sərhəd xəttinin Biləsuvar rayonu istiqamətindən keçən hissəsində baş verib. İran sərhədçiləri tərəfindən güllələnərək öldürülən Mircavad Musayev Şabran rayon sakini olub.

2000-ci il təvəllüdlü və subay olan Mircavad bir müddət əvvəl işləmək məqsədilə rayondan Bakıya gəlibmiş.

İlkin məlumata görə, hadisə vaxtı M.Musayev sərhədi nəzarət-buraxılış məntəqəsi olmayan yerdən keçməyə cəhd göstərib. Bu zaman İran sərhədçiləri atəş açıb.

Mircavad Musayev dünən doğulub-böyüdüyü Şabran şəhərində dəfn edilib.

*** 12:36

May ayının 16-da İran İslam Respublikasının sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan Respublikasının vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən İİR sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub.

Qazet.az xəbər verir ki, DSX-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mayın 18-də mərhumun cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib.

Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İİR tərəfinə müvafiq sorğu göndərilib.