Bakı 18˚C Sunny

İran yaxınlaşmaqda olan qasırğaya hazırlaşır

Gündəm 19:22 28 sen, 2021

Qasırğanın Makran rayonundan Hörmüz körfəzinədək olan sahillərini əhatə edəcəyi gözlənilir

İran yaxınlaşmaqda olan qasırğaya hazırlaşır

Güclü qasırğa İranın cənub rayonlarına doğru hərəkət edir.

Qasırğanın sentyabrın 30-dan oktyabrın 4-dək İranın Pakistanla sərhədində yerləşən Makran rayonundan Hörmüz körfəzinədək olan sahillərini əhatə edəcəyi gözlənilir.

Bu barədə Qazet.az TASS agentliyinə istinadən xəbər verir.

Məlumata görə, İranın Meteorologiya təşkilatı Sistan və Bəlucistan, habelə Hörmözqan əyalətlərinin sahillərindəki mövcud vəziyyətlə bağlı böhran qərargahı yaratmağı təklif edib.