İranda ABŞ diplomatı ölüb
Siyasət15:0704 may, 2021

Bu barədə İranın “Mehr” agentliyi məlumat verib

title
Bizi-da oxuyun

ABŞ-ın İrandakı maraqlarını təmsil edən İsveçrə səfirliyinin əməkdaşı Tehranda vəfat edib.

Qazet.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat verib.

Təcili yardım xidmətinin məlumatına görə, 51 yaşlı qadın İran paytaxtının Kamrahiyyə bölgəsindəki çoxmərtəbəli binadan yıxılıb. Əvvəlcə tapılan cəsədin bir kişiyə məxsus olduğu düşünülsə də, sonradan müayinə nəticəsində onun qadın olduğu müəyyən edilib. Eyni zamanda diplomatın ölümünün təfərrüatları hələ müəyyənləşdirilməyib. Hüquq-mühafizə orqanları bunun qəza və ya intihar olduğunu aydınlaşdırmağa çalışırlar.

Qadının səfirliyin birinci katibi vəzifəsində çalışdığı qeyd olunub.

Xatırladaq ki, rəsmi Tehran Vaşinqtonla diplomatik münasibətləri kəsməyə qərar verdikdən sonra İsveçrə ABŞ-ın İrandakı maraqlarını təmsil etməyə başlayıb.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0