Bakı 14˚C Intermittent clouds

İranda baş verən güclü zəlzələ Türkiyədə də hiss edildi

Gündəm 23:13 15 yan, 2022

Hələlik İran tərəfi zəlzələnin fəsadları barədə rəsmi məlumat yaymayıb

İranda baş verən güclü zəlzələ Türkiyədə də hiss edildi

İranın Salmas şəhərində baş verən 4,4 bal gücündə zəlzələ Türkiyənin Hakkari və Van vilayətlərində də hiss edilib.

Qazet.az bildirir ki, hələlik İran tərəfi zəlzələnin fəsadları barədə rəsmi məlumat yaymayıb.

Qonşu ölkənin “Telegram” kanallarında yayılan məlumatlarda isə qeyd olunur ki, günorta vaxtı baş verən zəlzələ nəticəsində Salmas şəhərində bəzi binalara ciddi ziyan dəyib.