Bakı 10˚C Sunny

İranda dəhşətli qəza: 14 nəfər yanaraq öldü

Gündəm 16:35 01 iyl, 2022

Qəzanın ilkin səbəbi hələlik açıqlanmayıb

İranda dəhşətli qəza: 14 nəfər yanaraq öldü

Qonşu İranda dəhşətli yol qəzası baş verib.

Qazet.az xəbər verir ki, İranın teleqram kanallarında yayılan məlumata görə, İranşəhrdə qeydə alınan qəza nəticəsində 14 nəfər həlak olub. 

Xəbərdə qeyd olunub ki, “Peugeot” markalı iki minik avtomobili toqquşduqdan sonra hər iki nəqliyyat vasitəsində güclü yanğın olub. Hadisə zamanı 11 nəfər yerindəcə, 3 nəfər isə xəstəxanada dünyasını dəyişib.

Ölənlərin kimliyi müəyyənləşdirilir. Qəzanın ilkin səbəbi hələlik açıqlanmayıb.