Bakı 18˚C Mostly sunny

İranda SEPAH-ın bazasına hücum edildi - Qərargah rəisi öldürüldü

Gündəm 16:18 19 okt, 2021

İranın qərbində Xomeyn şəhərində SEPAH bazasına hücum edilib

İranda SEPAH-ın bazasına hücum edildi - <span style="color:red">Qərargah rəisi öldürüldü</span>

Oktyabrın 16-da bir qrup silahlı şəxs İranın qərbindəki Xomeyn şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri bazasının qərargahına hücum edib.

Qeyd olunur ki, təcavüzkarlar rejimə əleyhdar aktivistlər idi və məqsədləri bazada yerləşən anbardan silah əldə etmək idi.

Qarşıdurma zamanı SEPAH-nin Xomeyn şəhərindəki qərargahının komandiri Mehdi Mokarrami ağır yaralanıb.

“IRNA” agentliyi xəbər verir ki, o, dünən gecə dünyasını dəyişib.