Bakı 21˚C Partly sunny

İranda silahlı qarşıdurma

Gündəm 17:08 18 may, 2022

Iranda qarşıdurma 

İranda silahlı qarşıdurma

İranda Əmlakın İdarə Edilməsi Təşkilatının işdən çıxarılmış silahlı işçisi sözügedən idarəyə hücum edərək digər işçiləri girov götürüb.

Qazet.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, polis qüvvələrinin hadisə yerinə gəlməsindən sonra silahlı atışma baş verib və nəticədə 4 nəfər öldürülüb, 5 nəfər isə yaralanıb. Girov götürən şəxsin intihar etdiyi, bir neçə nəfərin öldüyü və yaralandığı, hadisə yerinə çox sayda təcili yardım cəlb edildiyi bildirilir.