İrəvan ağır vəziyyətdədir; rəhbər olmağa hazıram - Vardanyan
Siyasət17:4826 noyabr, 2021

Bu haqda Vardanyan özü RBK agentliyinə müsahibəsində bildiri

İrəvan ağır vəziyyətdədir; rəhbər olmağa hazıram - <span style="color:red">Vardanyan</span>
Bizi-da oxuyun

“Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Ermənistan siyasətinə atılmağa və ölkəyə rəhbərlik etməyə hazırlaşır.

Qazet.az xəbər verir ki, bu haqda Vardanyan özü RBK agentliyinə müsahibəsində bildirib.

“Siyasətə qatılmağa hazırlaşırsınızmı” sualına biznesmen belə cavab verib:

“Qısa cavab verirəm: hə. Lakin siyasətdə mən hesab edirəm ki, bu suala cavabı sadəcə siyasi partiyadan fərqli olaraq başqa cür verirlər...Mən millətim üçün çəkməçi də olmağa hazıram, təmizlikçi də, rəhbər də”, - Vardanyan deyib.

O əlavə edib ki, Ermənistanın inkişafına dair çox mühüm suallara cavab tapmağa çalışır.

“Bütün bu suallar biznesmen kimi mənim çərçivəmdən kənara çıxır və adi gündəlik həyatımla uyğun gəlmir. Bu mənada əlbəttə, mən siyasətdəyəm”, - milyarder qeyd edib.

Vardanyan təsdiq edib ki, Ermənistan çox ağır vəziyyətdədir və indi onun müstəqil dövlət kimi qorunub saxlanılması məsələsi çox kəskin dayanıb. Ona görə də belə vəziyyətdə dövlət rəhbəri olmaq üçün çox cəsarətli və riskə getməyə hazır adam tələb olunur.

Xatırladaq ki, bundan əvvəl erməni əsilli digər rusiyalı milyarder, “Taşir” qrupunun rəhbəri Samvel Karapetyan da Ermənistanda siyasi fəaliyyətə başladığını elan etmişdi. Lakin onun siyasi fəaliyyəti hələlik nəzərə çarpmır.

Mənbə

Fikriniz