Bakı 16˚C Partly sunny

İrəvanda atışmada 4 nəfər ölüb

Hadisə 13:15 11 noy, 2021

Hadisə noyabrın 11-də saat 04 radələrində baş verib

İrəvanda atışmada 4 nəfər ölüb

Ermənistanın paytaxtı İrəvanda baş verən atışma nəticəsində 4 nəfər ölüb.

Qazet.az “Shamshyan”a istinadən xəbər verir ki, hadisə noyabrın 11-də saat 04 radələrində baş verib.

Bildirilib ki, İrəvanın Kanakera küçəsində polis əməkdaşları və müstəntiqlər iki kişi meyiti aşkarlayıblar. Sonradan məlum olub ki, həmin ərazidən 2 yaralı da hospitala aparılarkən yolda ölüb. Hadisə yerindən bir neçə silah, güllə, bıçaq aşkarlanıb.

Qeyd edək ki, ölənlər arasında Ermənistanda cinayətkar aləmdə tanınan “Kanakersi Tuy” ləqəbli Artur Kazaryan da var. Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanın işğalında qalması uğrunda silahlı dəstələrdən birində vuruşub. Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın göstərişinə əsasən, separatçıların başçısı onu “döyüş silahı ilə mükafatlandırıb”.

Mənbə