Bakı 19˚C Mostly sunny

İrəvanda ticarət mərkəzindəki yanğında 20 nəfərin taleyi məlum deyil

Gündəm 22:49 14 avq, 2022

Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış pirotexnika dükanında baş verib.

İrəvanda ticarət mərkəzindəki yanğında 20 nəfərin taleyi məlum deyil

İrəvanda “Surmalu” Ticarət Mərkəzindəki yanğında 20 nəfərin taleyi barədə məlumat yoxdu.

"Qazet.az" xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin sözçüsü Hayk Kostanyan bildirib.O bildirib ki, hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, bu gün günorta saatlarında başlayan yanğında son məlumatlara görə, 2 nəfər ölüb, 60 nəfər yaralanıb.Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış pirotexnika dükanında baş verib.